logo
Qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib

Qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib

Qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib Qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib

Bu gün GİN-nin Voleybol Mərkəzində XIV turun iki qarşılaşması baş tutub. İlk olaraq meydana “Abşeron” və “AZERRAIL” komandaları çıxıblar. Oyunun qalibi 5 setdə müəyyən olunub.  “Abşeron” 3:2 hesabı ilə rəqibini məğlub edib.

Turun son qarşılaşması isə “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal”  klubları arasında olub. Bu qarşılaşmada isə “Milli Aviasiya Akademiyası” 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, XIV turun ilk qarşılaşması martın 1-də  “Gəncə” və UNEC komandaları arasında olmuşdur. Bu oyunda “Gəncə” rəqibini 3:0 hesabı ilə məğlub etmişdir.

Oyunların nəticələri
Yüksək Liqa
XIV tur
4 mart

“Abşeron” - “AZERRAIL” 3:2 (22:25, 25:22, 25:14, 12:25, 15:12)

“Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” 3:0 (25:19, 25:21, 25:18)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media