logo
Soydaşlarımız Qaçağanda Zəfər Gününün 5-ci ildönümünü qeyd ediblər

Soydaşlarımız Qaçağanda Zəfər Gününün 5-ci ildönümünü qeyd ediblər

Soydaşlarımız Qaçağanda Zəfər Gününün 5-ci ildönümünü qeyd ediblər Soydaşlarımız Qaçağanda Zəfər Gününün 5-ci ildönümünü qeyd ediblər

Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində Zəfər Gününün 5-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov və digər rəsmi şəxslər, soydaşlarımız iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Daha sonra Marneulinin Qaçağan kəndindən olan və Vətən müharibəsində şəhid olan Orxan Məhərrəmovun xatirəsi ehtiramla yad edilib.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov 44 günlük Vətən müharibəsi dövründə Gürcüstanda yaşayan azərbaycanlıların hər axşam Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını böyük həyəcan və ümidlə izlədiklərini vurğulayıb.

Tədbirin sonunda iştirakçılar Zəfər Gününün Azərbaycanın tarixinə yazdığı şanlı qələbəni bir daha xatırladaraq, şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər. Mərasim birlik və həmrəylik ruhu ilə yekunlaşıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media