logo
Roza Zərgərli Rusiyanın Vostok FM-nə danışdı: “İstədim” hiti təsadüfən viral oldu

Roza Zərgərli Rusiyanın Vostok FM-nə danışdı: “İstədim” hiti təsadüfən viral oldu

Roza Zərgərli Rusiyanın Vostok FM-nə danışdı: “İstədim” hiti təsadüfən viral oldu Roza Zərgərli Rusiyanın Vostok FM-nə danışdı: “İstədim” hiti təsadüfən viral oldu

Populyarlığı Azərbaycan sərhədlərini aşan müğənni Roza Zərgərli Rusiyanın Vostok FM radiosunda aparıcı Rüstəm Əzizovun "Çak Çak şou" verilişində qonaq olub.

Veriliş zamanı Roza Zərgərli yaradıcılığı ilə bağlı sualları cavablandırıb. Eləcə də onu bir çox ölkələrə tanıdan məşhur "İstədim" hiti barəsində danışan müğənni xanım bununla bağlı maraqlı açıqlama verib. R. Zərgərli bildirib ki, mahnının müəllifi Rəssam - Elvin Həsənov mahnını ona təqdim edərkən əvvəllərdə oxumaq istəməyib. Hətta bunun üçün müxtəlif bəhanələr də uydurub. Daha sonra müəllifin israrı ilə könülsüz olaraq studiyada yazdırıb və adi video çəkərək, mahnını tiktok platfornasında yayımlayıb. Mahnıda öz ifası ürəyincə olmayan Roza Zərgərli paylaşımın səhəri günü sosial şəbəkədə mahnının hədsiz izləndiyini görüncə heyrətlənib. Bu və digər açıqlamaları ilə maraqlı keçən verilişdə populyar müğənnimizin son hitləri də səslənib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media