logo
Dilarə Kazımova ilə evdəki səmimi anlar: Hər anın qiymətini bil - FOTO

Dilarə Kazımova ilə evdəki səmimi anlar: Hər anın qiymətini bil - FOTO

Dilarə Kazımova ilə evdəki səmimi anlar: Hər anın qiymətini bil - FOTO Dilarə Kazımova ilə evdəki səmimi anlar: Hər anın qiymətini bil - FOTO

Arda - arda çıxardığı layihələri ilə gündəm olan müğənni Dilarə Kazımova yeni fotosessiyası ilə diqqət çəkib.

"innews media" xəbər verir ki,  Avroviziya təmsilçisi evində itləri ilə kamera qarşısına keçərək səmimi anlarını paylaşıb.

Sənətçi Instagramda yazıb ki, həyatda sevdiklərimizi itirmək qaçılmazdır və ən vacibi onları gecikmədən sevmək, qucaqlamaqdır.

“Belə çıxır ki, bu dünyada belə bir qanun var: biz bu planetdə istər-istəməz və müxtəlif səbəblərdən sevdiklərimizi itiririk. Mən hələ də bu həyat qanununa öyrəşməyə və onu qəbul etməyə çalışıram, amma bu çox çətindir. Ən vacibi isə sevdiklərimizə gecikmədən səni sevirəm demək, onları görməyə, qucaqlamağa vaxt tapmaqdır, çünki hər an hər şey dəyişə bilər. Mən həmişə həyatın mənasını axtarmışam və başa düşmüşəm ki, həyatı sadəcə xoşbəxt yaşamaq lazımdır. Həyat- sənin sevdiklərin və sevdiyin hər şeydir”.

Dilarənin makiyajını Jalə Bağırova edib, fotoları isə “Mobile Photographer” lentə alıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media