logo
Kür çayında qanunsuz balıq ovu faktı: 3 nəfər saxlanıldı

Kür çayında qanunsuz balıq ovu faktı: 3 nəfər saxlanıldı

Kür çayında qanunsuz balıq ovu faktı: 3 nəfər saxlanıldı Kür çayında qanunsuz balıq ovu faktı: 3 nəfər saxlanıldı

18 mart 2026-cı il tarixdə, saat 23:20 radələrində Kür çayının sol sahilində, Şəmkir rayonunun inzibati ərazisindən keçən hissəsində elektrik cərəyanı artırıcı avadanlıqdan (tok aparatından) istifadə etməklə qanunsuz balıq ovu faktı aşkarlanmışdır.

Qanunsuz balıq ovu ilə məşğul olan Tovuz rayonunun Hunanlar kəndi sakinləri olan üç şəxs Daxili Sular Regional Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır.

Aparılan tədbirlər zamanı həmin şəxslərin aşağıdakı balıq növlərini qanunsuz olaraq ovladıqları müəyyən edilmişdir:

1) 90 ədəd daban balığı

2) 1 ədəd çəki balığı

3) 52 ədəd sıf balığı

Qanunsuz ov nəticəsində təbiətə dəymiz ziyanın ödənilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə hər üç şəxs barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə təqdim edilmişdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media