https://www.innews.media/uploads/news/2026-03/_innews_1d270b657ec2e7fc668480d56_o.jpg
Azərbaycan İdman Akademiyasının (ASA) Tələbə və könüllülərlə iş şöbəsi və Humanitar fənlər kafedrası tərəfindən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində tələbələrlə növbəti görüş keçirilib.
“WUF13-ə doğru: İnsan mərkəzli şəhərlər və dayanıqlı gələcəyin qurulması” mövzusuna həsr olunan görüşdə müasir urbanizasiya çağırışları ilə innovativ həll yollarına diqqət çəkilib.
Spiker – Tələbə və könüllülərlə iş şöbəsinin əməkdaşı, Humanitar fənlər kafedrasının müəllimi Nuranə Eyvazova şəhərlərin gələcək inkişaf modelində insan amilinin rolunu vurğulayıb. O, Dayanıqlı İnkişaf Məqsədlərindən, xüsusilə də 11-ci məqsədin – “Dayanıqlı şəhərlər və icmalar”ın əhəmiyyətindən danışaraq inklüziv mühitin yaradılmasının vacibliyini qeyd edib. Həmçinin görüşdə “Ağıllı şəhər” (Smart City) konsepsiyasına da geniş yer verilib.
Sonda tələbələrin sualları cavablandırılıb və mövzu ilə bağlı onların təklifləri dinlənilib.