logo
QHT-lər üçün WUF13-lə bağlı infosessiya təşkil olunub

QHT-lər üçün WUF13-lə bağlı infosessiya təşkil olunub

QHT-lər üçün WUF13-lə bağlı infosessiya təşkil olunub QHT-lər üçün WUF13-lə bağlı infosessiya təşkil olunub

Oktyabrın 30-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində QHT-lər üçün WUF13-də iştirakçılıqla bağlı informasiya sessiyası keçirilib.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbərinin müavini Gülşən Rzayeva Forumda QHT-lərin iştirakçılığı formaları barədə təqdimatla çıxış edib. 

İnfosessiyada WUF13, tədbirdə iştirakla bağlı qeydiyyat prosesi, QHT-lər üçün yaradılan imkanlar barədə məlumat verilib, suallar cavablandırılıb, təkliflər qeydə alınıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin