https://www.innews.media/uploads/news/2026-03/_innews_ae51cd1e6015ec2a557cf0dae_o.jpg
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev oktyrabrın 8-i Cenevrədə UNECE Komitəsinin 86-cı sessiyası çərçivəsində UN-Habitat-ın icraçı direktoru xanım Anaklaudia Rosbax ilə səmərəli görüş keçirib.
Görüş zamanı 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna hazırlıq məsələlərinə diqqət yetirilib. Həmçinin WUF13-ün daha əhatəli və şəhərlərimizin gələcəyinə ilham verən bir platforma olması məqsədilə Forumun əsas gündəliyi, təşkilati məsələləri və formatları müzakirə edilib.