https://www.innews.media/uploads/news/2026-04/_innews_ff45e763a8af1547b8678095a_o.jpg
22.04.2026-cı il tarixində sərnişin sıxlığının azaldılması məqsədilə aşağıda qeyd olunan istiqamətlər üzrə əlavə avtobuslar ayrılıb. Müvafiq sxemlər üzrə hərəkət edən nəqliyyat vasitələrinin siyahısını təqdim edirik:
Magistral və şəhərdaxili xətlər üzrə hərəkət istiqamətləri:
* 500 nömrəli marşrut:
* Elmlər Akademiyası – Nizami – 28 May – Koroğlu – Neftçilər;
* 28 May – Koroğlu – Əhmədli – Ukrayna dairəsi.
* 503 nömrəli marşrut: Elmlər Akademiyası – Nizami – 28 May – Koroğlu istiqaməti üzrə.
* 508 nömrəli marşrut: Elmlər Akademiyası – 28 May – Koroğlu – Neftçilər xətti üzrə.
* 49 nömrəli marşrut: Ukrayna dairəsi – 28 May (Heydər Əliyev prospekti vasitəsilə).
* 46 nömrəli marşrut:
* Əhmədli – Günəşli;
* Əhmədli – 28 May (8 Noyabr prospekti vasitəsilə).
* 62 nömrəli marşrut:
* Əhmədli – M. Tusi küçəsi;
* Koroğlu – Sadıqcan küçəsi.
* 11 nömrəli marşrut: Koroğlu – Sadıqcan küçəsi.
* 3 nömrəli marşrut: Elmlər Akademiyası – Badamdar istiqaməti üzrə.
Metrostansiyalar arası gücləndirilmiş xətlər:
Koroğlu və 28 May metrostansiyaları arasında sərnişin daşınmasını təmin etmək üçün aşağıdakı marşrutlar üzrə əlavə nəqliyyat vasitələri ayrılıb:
* 140 nömrəli marşrut
* 150 nömrəli marşrut
* 141E nömrəli marşrut
Köməkçi və dəstək xətləri:
Digər marşrutlardakı yüklənməni azaltmaq üçün nəzərdə tutulan köməkçi xətlər:
* 2 nömrəli marşrut: Avtovağzal istiqamətindən 13 nömrəli marşruta kömək məqsədilə.
* 139 nömrəli marşrut: 13 nömrəli marşruta Koroğlu istiqamətində kömək məqsədilə.
* 163 nömrəli marşrut: 7B nömrəli marşruta Koroğlu istiqamətində kömək məqsədilə.