logo
Azərbaycanın turizm imkanları Qazaxıstanda sərgi çərçivəsində nümayiş olunur

Azərbaycanın turizm imkanları Qazaxıstanda sərgi çərçivəsində nümayiş olunur

Azərbaycanın turizm imkanları Qazaxıstanda sərgi çərçivəsində nümayiş olunur Azərbaycanın turizm imkanları Qazaxıstanda sərgi çərçivəsində nümayiş olunur

Azərbaycan Turizm Bürosu (ATB) Qazaxıstanın Almatı şəhərində keçirilən “Kazakhstan International Tourism Fair 2026” (KITF) sərgisində iştirak edir.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) daxil olmaqla 10 yerli turizm sənayesi nümayəndəsinin təmsil olunduğu sərgidə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilir.

İştirakçılara mədəni turizm, macəra və aktiv istirahət, sağlamlıq turizmi, eləcə də işgüzar tədbirlər (MICE) sahəsində mövcud imkanlar barədə ətraflı məlumat təqdim olunur.

Səfər çərçivəsində, həmçinin Qazaxıstanın 40 turizm sənayesi nümayəndəsi üçün destinasiya təqdimatı keçirilib.

Tədbir 20-dən çox turizm şirkəti və turoperatorunun iştirak etdiyi, potensial əməkdaşlıq imkanlarının müzakirə olunduğu işgüzar şam yeməyi ilə yekunlaşıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-mart ayları ərzində Qazaxıstandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8.3 % artaraq 19 762 nəfər təşkil edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin