logo
Formula 1 İstanbula qayıdır: Türkiyə 5 illik müqavilə ilə yenidən trasda

Formula 1 İstanbula qayıdır: Türkiyə 5 illik müqavilə ilə yenidən trasda

Formula 1 İstanbula qayıdır: Türkiyə 5 illik müqavilə ilə yenidən trasda Formula 1 İstanbula qayıdır: Türkiyə 5 illik müqavilə ilə yenidən trasda

İstanbul Parkda keçiriləcək yarış dünyanın ən böyük və ən həyəcanverici idman tədbirlərindən birini İstanbulun misilsiz gözəllikləri ilə bir araya gətirəcək. Yarış 180 ölkədə televiziya və rəqəmsal platformalar vasitəsilə yüz milyonlarla izləyiciyə yayımlanacaq.

Türkiyə Qran-prisi 2027-ci ildən etibarən ən azı 5 il müddətində yenidən Formula 1® təqviminə daxil ediləcək. İstanbul Park trasında təşkil olunacaq yarış Türkiyə avtomobil idmanı tarixinin ən dəyərli anlarını yenidən canlandıracaq və İstanbulu yüksək adrenalinli yarışların və zəngin mədəni irsin qovuşduğu şəhər kimi ön plana çıxaracaq. Daha əvvəl 2005–2011-ci illər və 2020–2021-ci illərdə Formula 1® yarışlarına ev sahibliyi edən İstanbul Park, 2027 təqvimində dünyanın elit pilotlarını və milyonlarla azarkeşi Türkiyənin ürəyi sayılan İstanbula cəlb edəcək.

Təqdimat İstanbulda keçirildi

Türkiyə Qran-prisinin qlobal təqdimat mərasimi 24 aprel 2026-cı il tarixində İstanbulda baş tutub. Bu əlamətdar tədbir Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi ilə, Gənclik və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Turizmin İnkişafı Agentliyi (TGA) və Türkiyə Avtomobil İdmanı Federasiyasının (TOSFED) koordinasiyası ilə təşkil olunub.

Tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi startla Formula 1® bolidinin İstanbul küçələrində hərəkətə başlaması ilə başlayıb. Galataportdan yola çıxan bolid İstanbul boğazının Avropa sahili boyunca Karaköy və Beşiktaş istiqamətində irəliləyərək Dolmabahçedə yerləşən Prezidentin İş Ofisinin qarşısında dayanıb. Tədbir Prezident Rəcəb Tayyib Ərdoğan, Formula 1®-in baş icraçı direktoru Stefano Domenikali və FIA prezidenti Məhəmməd Ben Sulayemin Türkiyə Qran-prisinin yenidən keçiriləcəyini rəsmi şəkildə elan etməsi ilə yekunlaşıb. Formula 1® bolidinin İstanbul küçələrindəki yürüşü milli və beynəlxalq media tərəfindən canlı yayımlanıb.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib:
“Türkiyə Qran-prisinin Formula 1® təqviminə qayıtması ölkəmizin bu idman növünə olan sevgisinin və inamının göstəricisidir. Ən azı 5 il ərzində İstanbul Parkda keçiriləcək yarışlar həm İstanbulun qlobal mövqeyini daha da gücləndirəcək, həm də ölkəmizin regionda sabit və etibarlı mərkəz olduğunu bir daha dünyaya nümayiş etdirəcək.”

İstanbul Park 5,338 km uzunluğunda mürəkkəb trası və cazibə qüvvəsinə meydan oxuyan məşhur 8-ci döngəsi ilə Formula 1® ulduzlarının da böyük rəğbətini qazanıb. Hazırda yarışan pilotların fikirləri bu trasın yüksək yol tutuşu, dinamikliyi və performansı ilə sürücülər üçün ən arzuolunan traslardan biri olduğunu təsdiqləyir.

Tarixi sonradan açıqlanacaq Türkiyə Qran-prisini izləməyə gələcək azarkeşlər eyni zamanda İstanbulun zəngin turizm imkanlarından da yararlana biləcəklər. Formula 1® həvəskarları möhtəşəm Topkapı Sarayını ziyarət edə, dünyanın ən qədim bazarlarından biri olan Qapalıçarşıda gəzə biləcəklər. Dünyaca məşhur hotelləri və Şərq ilə Qərb mətbəxinin ən seçilən nümunələrini bir araya gətirən İstanbul, Formula 1® sevərlərinə adrenalin və mədəni irsin unudulmaz vəhdətini təqdim edəcək.

Formula 1® 2025 mövsümündə 180-dən çox ölkədə 827 milyondan artıq televiziya izləyicisinə çatıb, tribunlarda isə 6,7 milyondan çox tamaşaçı toplayıb. Eyni zamanda, 2025-ci ildə sosial mediada 2,3 milyarddan çox baxış əldə edərək dünyanın ən çox izlənilən beynəlxalq idman liqalarından birinə çevrilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin