logo
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Mayın 4-də Milli Məclisin Aqrar siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.  Komitə sədri Tahir Rzayev bildirib ki, gündəliyə iki məsələ daxil edilib.

Komitə sədri əvvəlcə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirəyə təqdim edib. Qeyd edilib ki, qanun layihəsinə edilən dəyişikliklərin  əsas məqsədi əkin və çoxillik əkmələr üçün nəzərdə tutulmuş kənd təsərrüfatı torpaqlarında istehsala mane olan yaşıllıqların (ağac, kol və digər bitkilərin kökündən çıxarılması və ya kəsilməsi) götürülməsinin hüquqi əsaslarını və mexanizmini formalaşdırmaqdır. Layihə bu cür maneələrin aradan qaldırılmasını qanunla icazə verilən hallar sırasına daxil edir və xüsusilə kolların kəsilməsi üçün sadələşdirilmiş prosedur tətbiqini nəzərdə tutur. Diqqətə çatdırılıb ki, sənəd əkin təyinatlı torpaqlarda müasir texnologiyaların daha effektiv tətbiqinə, məhsuldarlığın yüksəlməsinə, fitosanitar mühitin yaxşılaşdırılmasına, su resurslarından istifadənin səmərəliyinin artırılmasına və istehsal prosesində texniki maneələrin aradan qaldırılmasına xidmət edəcək.

Daha sonra Mülki Məcəllədə, Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Taxıl haqqında” , “Beynəlxalq xüsusi hüquq haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Çayçılıq haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Pambıqçılıq haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Elm haqqında”, “Kredit büroları haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci  oxunuş) barədə məlumat verən komitə sədri bildirib ki, sənəddə komitənin profilinə uyğun qanunlara edilən dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.  

Qanun layihələri ilə bağlı müzakirələrdə komitənin  sədr müavini Razi Nurullayev, komitənin üzvləri Cavanşir Paşazadə, Azər Badamov, Aydın Hüseynov, Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış ediblər, məsələlərlə bağlı qeydlərini, təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra onlayn iclasın gündəliyində olan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda komitənin üzvləri Novruzəli Aslanov, Xanlar Fətiyev, Malik Həsənov, Vüqar İskəndərov və digər rəsmi şəxslər iştirak ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin