logo
Nurlana Məmmədzadə: “Gimnastlarımızın doğma arenada uğurlu çıxış edəcəyinə inanırıq”

Nurlana Məmmədzadə: “Gimnastlarımızın doğma arenada uğurlu çıxış edəcəyinə inanırıq”

Nurlana Məmmədzadə: “Gimnastlarımızın doğma arenada uğurlu çıxış edəcəyinə inanırıq” Nurlana Məmmədzadə: “Gimnastlarımızın doğma arenada uğurlu çıxış edəcəyinə inanırıq”

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kuboku mərhələsi barədə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə açıqlama verib.

O bildirib ki, həm akrobatika, həm də aerobika gimnastları üçün yarışların doğma arenada keçirilməsi xüsusi əhəmiyyət daşıyır:

“Ümid edirik ki, həm akrobatlarımız, həm də aerobika gimnastikası üzrə təmsilçilərimiz üçün bu yarış uğurlu olacaq və onlar doğma azarkeşlər önündə çıxışlarını layiqincə nümayiş etdirəcəklər”.

N.Məmmədzadənin sözlərinə görə, Azərbaycan gimnastları beynəlxalq səviyyədə artıq böyük təcrübəyə malikdirlər və bu da nəticələrə müsbət təsir göstərir:

“Məlum olduğu kimi, akrobatika gimnastikası üzrə dünya çempionlarımız və mükafatçılarımız var. Aerobika gimnastikasında da beynəlxalq turnirlərdə yüksək nəticələr qazanan idmançılarımız çıxış edirlər”.

Baş katib həmçinin qeyd edib ki, Dünya Kuboku ilə paralel olaraq yeniyetmə və gənclər arasında beynəlxalq turnir də təşkil olunur:

“Bu turnir gənc idmançılar üçün böyük yarış atmosferini hiss etmək və əlavə təcrübə qazanmaq baxımından çox önəmlidir. Onlar böyük yarışların ab-havasına uyğunlaşırlar”.

O, yarışın miqyasına da diqqət çəkib:

“Akrobatika gimnastikası üzrə Dünya Kubokunda 150-dən çox, aerobika gimnastikası üzrə isə 100-ə yaxın idmançı iştirak edir. Ümumilikdə 14 ölkə təmsil olunur”.

Məmmədzadə vurğulayıb ki, Azərbaycanda eyni vaxtda bir neçə gimnastika növünün keçirilməsi həm idmançılar, həm məşqçilər, həm də hakimlər üçün yeni təcrübə yaradır:

“Bu cür təşkilatçılıq xüsusi ab-hava formalaşdırır. Azərbaycanda akrobatika üzrə Dünya Kuboku ilk dəfə 2018-ci ildə keçirilib, bu il isə artıq üçüncü dəfədir. Aerobika gimnastikası üzrə Dünya Kuboku isə ilk dəfə ölkəmizdə təşkil olunur”.

O, sonda Azərbaycan idmançılarından yüksək nəticələr gözlədiklərini də qeyd edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media