https://www.innews.media/uploads/news/2026-06/_innews_60d2282b65ab10762ccbac93e_o.jpg
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirinin müavini Edvard Avansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə humanitar minatəmizləmə sahəsində qarşılıqlı əməkdaşlıq və bu əməkdaşlığın gücləndirilməsi, eləcə də minatəmizləmə sahəsində mövcud prioritetlər və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin