https://www.innews.media/uploads/news/2026-06/_innews_9e4e28efceb6cecf53cee4e88_o.jpg
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən Bərdə rayonunda yerləşən Qarabağ Regional DOST Mərkəzində "Sosial inklüzivlik və iştirakçılıq" mövzusunda ictimai dinləmə təşkil olunub.
Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə bölgədə fəaliyyət göstərən dövlət qurumlarının təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri, QHT təmsilçiləri, eləcə də şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbirin məqsədi həssas əhali qruplarının cəmiyyətə inteqrasiyasını təşviq etmək, bu sahədə görülən işləri ictimaiyyətin diqqətinə çatdırmaq və birgə əməkdaşlıq imkanlarını müzakirə etmək olub.
İştirakçılara dövlətin sosial siyasəti, xüsusilə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Çıxışlarda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin və onun filiallarının həssas kateqoriyadan olan şəxslərin istedadlarının üzə çıxarılmasına, yeni peşə vərdişlərinə yiyələnmələrinə və cəmiyyətə adaptasiyası üçün zəruri psixo-pedaqoji dəstək almalarına töhfə verdiyi vurğulanıb.
Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onların gələcək fəaliyyətə dair rəy və təklifləri dinlənilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin