https://www.innews.media/uploads/news/2026-06/_innews_d912b0177d5a0b9d56f12b196_o.jpg
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə iyunun 26-sı səhər saatlarından Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işləri aparılacaq.
Bu səbəbdən qeyd olunan ərazidə görülən işlərdən asılı olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq. Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkətlərini əvvəlcədən planlaşdırmaları və istiqamətlərinə uyğun alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
Ən son xəbərləri səhifəmizdən də izləyin