logo
"PAŞA Həyat" ötən il 39 mln. manatdan çox mənfəət əldə edib

"PAŞA Həyat" ötən il 39 mln. manatdan çox mənfəət əldə edib

"PAŞA Həyat" ötən il 39 mln. manatdan çox mənfəət əldə edib "PAŞA Həyat" ötən il 39 mln. manatdan çox mənfəət əldə edib

“PAŞA Həyat Sığorta” ASC 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

“PAŞA Həyat Sığorta” 2022-ci ili 39.5 mln. xalis mənfəət ilə başa vurub ki, bu da əvvəlki ilə nisbətən 2,2 dəfə çoxdur. Şirkət 2021-ci ildə 17.7 mln. manat xalis mənfəət açıqlamışdı.

Hesabat dövründə “PAŞA Həyat Sığorta”nın topladığı sığorta haqları 413.2 mln. manat, sığorta ödənişləri isə 215.4 mln. manat təşkil edib. Bu isə 2021-ci illə müqayisədə müvafiq olaraq 50,2% və 15% çoxdur.

Ötən il “PAŞA Həyat Sığorta”nın investisiya gəlirləri isə 9% artaraq 24.6 mln. manata çatıb.

2022-ci ildə “PAŞA Həyat Sığorta”nın cəmi əməliyyat gəlirləri 324.8 mln. manat (2021-ci ilə nisbətən 11,3% çox), cəmi əməliyyat xərcləri 273 mln. manat (1,8% çox) olub. Azərbaycan sığorta bazarının lideri olan şirkət ötən il 12.02 mln. manat mənfəət vergisi ödəyib. Bu isə 2021-ci ilə nisbətən 2,4 dəfə çoxdur.

Sığorta şirkəti ötən il də böyüməkdə davam edib. Belə ki, bu il yanvarın 1-nə sığorta şirkətinin cəmi aktivləri 40,5% artaraq 552,453 mln. manata, cəmi kapitalı 19,7% artaraq 79,777 mln. manata, cəmi öhdəlikləri isə 44,3% artaraq 472,686 mln. manata bərabər olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media