https://www.innews.media/uploads/news/2026-05/_innews_30446074cfda1bed6d2925228_o.jpg
"Azəriqaz" İB Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Birliyin Müştəri əməliyyatları şöbəsinin əməkdaşları 27.05.2026 - 31.05.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt RQİİ-lərin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində abonentlərə xidmət göstərəcəklər.
Həmçinin Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.
30.05.2026-cı il tarixində "ASAN Kommunal", 30-31.05.2026-cı il tarixlərində "ASAN xidmət" mərkəzləri vətəndaşlara xidmət göstərəcək.
Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinə məlumat versinlər.
Ən son xəbərləri səhifəmizdən də izləyin