logo
"PAŞA Sığorta"nın xalis mənfəəti 29 mln. manatı ötüb

"PAŞA Sığorta"nın xalis mənfəəti 29 mln. manatı ötüb

"PAŞA Sığorta"nın xalis mənfəəti 29 mln. manatı ötüb "PAŞA Sığorta"nın xalis mənfəəti 29 mln. manatı ötüb

“PAŞA Sığorta” ASC 2022-cü il üzrə maliyyə hesabatını açıqlayıb.

Sığorta şirkətinin xalis mənfəəti ötən il 18,3% artaraq 29.2 mln. manata çatıb. Belə ki, sığorta şirkəti 2021-ci ildə 24.6 mln. manat xalis mənfəət açıqlamışdı.

Hesabat dövründə şirkətin cəmi gəlirləri illik müqayisədə 11.5% faiz artaraq 212.2 mln. manata, cəmi xərcləri isə 8.5% artaraq 173.9 mln. manata yüksəlib. Sığorta şirkətinin ödənişləri 2,6 dəfə artaraq 52.83 mln. manata bərabər olub. Bundan əlavə, “PAŞA Sığorta” ötən il işlərin aparılması xərclərini 21,6% artıraraq 42.78 mln. manata çatdırıb.

Sığorta şirkəti ötən il də böyüməkdə davam edib. Belə ki, bu il yanvarın 1-nə sığorta şirkətinin cəmi aktivləri 15,1% artaraq 274,820 mln. manata, cəmi kapitalı 5,3% artaraq 79,263 mln. manata, cəmi öhdəlikləri isə 19,6% artaraq 195,556 mln. manata bərabər olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media