https://www.innews.media/uploads/news/2023-05/_innews_04c9aa2c48bfbe33b2dba8d07_o.jpg
Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsünə qoşulub. Belə ki, “PAŞA Bank”, may ayının 3-də baş tutan imzalanma mərasimi ilə BMT-nin Qlobal Sazişinin üzvünə çevrilib.
İmzalanma mərasimində iştirak edən “PAŞA Bank”ın Komplayns və idarəetmə üzrə baş direktoru Anar Kərimov bu üzvlüyün əhəmiyyətini vurğulayarkən bildirib: “PAŞA Bank” hər zaman biznesin düşünülmüş şəkildə yürüdülməsinin, ətraf-mühitə qayğı və həssaslıqla yanaşılmasının, eləcə də cəmiyyət qarşısında məsuliyyətli korporativ vətəndaş olmağın tərəfdaşı kimi çıxış edib. Biz, müştərilərimizi də fəaliyyətlərində bu dəyərləri və prinsipləri rəhbər tutmağa səsləmişik. Bankın sadiq qaldığı dəyərlərin və prioritetlərin BMT-nin Qlobal Sazişinin prinsipləri ilə üst-üstə düşdüyünü nəzərə alaraq bu qlobal təşəbbüsün üzvü olmaqdan məmnunluq duyuruq”.
Ən son xəbərləri səhifəmizdən də izləyin