https://www.innews.media/uploads/news/2023-10/_innews_b2ba5ae0381ecdd9678116506_o.jpg
Dünya neft qiymətlərinin yüksək olmasını və qeyri-neft ixracının artmasını nəzərə alsaq, Azərbaycanın cari əməliyyatlar balansı profisitlidir.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib. O bildirib ki, bu da öz növbəsində ölkənin strateji valyuta ehtiyatlarına təsir edib.
“Ölkənin strateji valyuta ehtiyatları bu ilin avqust ayında 14.5% artaraq 67.5 milyard ABŞ dollarına çatıb”- AMB sədri əlavə edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin