https://www.innews.media/uploads/news/2023-11/_innews_d4eb7981347a3040291f595b5_o.jpg
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun Qazaxıstana işgüzar səfəri başlayıb.
Bu səfər çərçivəsində Taleh Kazımovun “Qazaxıstan maliyyəçilərinin XI konqresi”ndə çıxışı və bir sıra mərkəzi bankların sədrləri ilə görüşü nəzərdə tutulur.
Taleh Kazımov işgüzar səfərinin ilk günündə Qazaxıstan Milli Bankının sədri Timur Suleymenovla görüşüb. Görüş zamanı qurumlar arasında cari əməkdaşlıq sahələri, qlobal mühitdə bankların üzləşdiyi cağırışlar, eləcə də əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Taleh Kazımov Qırğızıstan Milli Bankının sədri Kubanıçbek Bokontayev ilə də görüşüb. Görüş zamanı qurumları arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin