https://www.innews.media/uploads/news/2023-11/_innews_f14d41cbb8f1f839498fdfc08_o.jpg
Azərbaycan Mərkəzi Bankında (AMB) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə görüş keçirilib.
AMB-dən innews.media bildirilib ki, AYİB-in Maliyyə institutları üzrə icraçı direktoru Frensis Malijin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ölkənin iqtisadiyyatında və bank sektorunda mövcud trendlər, bank tənzimlənməsi üzrə prioritetlər, maliyyə sənayesində inklüzivliyin təşviqi kimi məsələlər əhatə olunub.
Görüşdə, həmçinin Mərkəzi Bank ilə AYİB arasında mövcud və potensial əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin