https://www.innews.media/uploads/news/2024-01/_innews_a233d6add6cd3512790672661_o.jpg
“PAŞA Sığorta” ASC-nin Audit Komitəsinin yeni sədri məlum olub.
Məlumata görə, səhmdarların qərarı ilə Emil İbrahimov Əhməd oğlu Audit Komitəsinin sədri seçilib.
Beləliklə, Audit Komitəsi 1 sədr və 2 üzvdən ibarətdir. Komitəsinin digər üzvləri Müslüm Rüstəmov Arif oğlu və Nərmin İsgəndərova Bəhram qızıdır.
Xatırladaq ki, “PAŞA Sığorta” 2006-cı ildə yaradılıb, 40.25 milyon manat nizamnamə kapitalı var. Kapitalının 100%-i “PASHA Holding” MMC-yə məxsusdur.
Ən son xəbərləri səhifəmizdən də izləyin