https://www.innews.media/uploads/news/2024-02/_innews_1dcef6d242068aee683dd3629_o.jpg
05 mart 2024-cü il tarixində “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir. Tədbir Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən bankın baş ofisində Bakı vaxtı ilə saat 12:00-da baş tutacaq.
Səhmdarlar yığıncağının gündəliyi aşağıdakı kimidir:
1. Bank VTB (Azərbaycan) ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının katibinin seçilməsi haqqında.
2. Bank VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurası tərkibi ilə bağlı məsələlərin müzakirəsi.
Ən son xəbərləri səhifəmizdən də izləyin