logo
“PAŞA Bank” 2025-ci ilin illik maliyyə nəticələrini açıqlayıb

“PAŞA Bank” 2025-ci ilin illik maliyyə nəticələrini açıqlayıb

“PAŞA Bank” 2025-ci ilin illik maliyyə nəticələrini açıqlayıb “PAŞA Bank” 2025-ci ilin illik maliyyə nəticələrini açıqlayıb

PAŞA Bank 2025-ci ilin illik maliyyə nəticələrini mətbuat konfransında açıqladı.

25 may 2026-cı il tarixində keçirilən tədbirdə spiker qismində PAŞA Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev, İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov və Marketinq departamentinin direktoru Günel Mavliyarova çıxış etdilər.

Mətbuat konfransında Bankın maliyyə sektorunda qeyd edilən dövr üzrə əldə etdiyi nailiyyətlər və qarşıya qoyulan hədəflər, müştəri mərkəzli yanaşma, strateji inkişaf prioritetləri, Korporativ Sosial Məsuliyyət yanaşması üzrə əldə edilən uğurlar və istedadların idarə olunması istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verildi.

Qeyd edildi ki, PAŞA Bank 2025-ci il üzrə əsas maliyyə göstəriciləri üzrə müsbət artım nümayiş etdirib. Bankın cəmi aktivləri 14% artaraq 9,84 mlrd AZN-ə, kredit portfeli 5% artaraq 3,88 mlrd AZN-ə, depozit portfeli 16% artaraq 7,90 mlrd AZN-ə çatıb, kapital isə 7% artaraq 964 mln AZN təşkil edib. Eyni zamanda faiz gəlirləri 13%, qeyri-faiz gəlirləri isə 9% artıb ki, bu da biznes fəaliyyətinin genişlənməsi və gəlir mənbələrinin diversifikasiyası ilə bağlıdır.

PAŞA Bank 19.3% bazar payı ilə biznes kreditləri üzrə Azərbaycanın ən böyük özəl korporativ maliyyə institutu olaraq mövqeyini qoruyub. Kredit portfelində əsas pay ticarət, xidmət, sənaye və nəqliyyat sektorlarına düşür. Bu isə Bankın qeyri-neft sektorunun maliyyələşdirilməsində dayanıqlı inkişafı dəstəkləyən əsas maliyyə tərəfdaşlarından biri olduğunu bir daha təsdiqləyir. KOS seqmentində isə Bank bazar göstəricilərini üstələyərək daha yüksək artım tempi nümayiş etdirib. Depozit bazarında payını 19.8%-ə çatdıran Bank, hüquqi şəxslərin depozitləri üzrə bazar payını 25.6%-ə yüksəldib.

Bankın rəsmi nümayəndələri vurğulayıblar ki, PAŞA Bankın 13 apreldə elan etdiyi səhmlərin İlkin Kütləvi Təklifi (Initial Public Offering – IPO) prosesi davam edir. Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd səhm hər birinin qiyməti 55 AZN olmaqla Bakı Fond Birjası vasitəsilə yerləşdirilir. Yüksək investor marağı nəzərə alınaraq abunə yazılışı 12 iyun 2026-cı il tarixədək uzadılıb.

Maliyyə nəticələri ilə tanış olmaq üçün linkə keçid edin. Əksi göstərilmədikcə, nəticələr kənar auditorlar tərəfindən təhlil olunmuş və konsolidasiya edilmiş maliyyə hesabatlarına əsaslanır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media