https://www.innews.media/uploads/news/2024-02/_innews_68daff3e5b66002b29e5428e4_o.jpg
Azərbaycanda sahibkarlıq fəaliyyətinin təşviqi, mikro, kiçik və orta biznesin (MKOB) dəstəyi sahəsində lider olan “AccessBank” müştəri məmnuniyyəti səviyyəsinin yüksək səviyyədə qorunub saxlanılması tədbirləri çərçivəsində yeni, daha sərfəli istehlak krediti kampaniyasına start verir.
Yeni kampaniya çərçivəsində yanvarın 22-dən fevralın 29-dək əldə edilən və müddəti 24-35 ay olan kreditlər üzrə son 3 ayın faizləri, müddəti 36-48 ay olan kreditlərdə isə son 6 ayın faizləri sıfırlanır. Kampaniya çərçivəsində minimum illik faiz dərəcəsi 15 faiz müəyyən edilib. Möhtəşəm kampaniyadan yalnız rəsmi gəliri (əməkhaqqı) olan müştərilər yararlana bilər.
Kampaniya 22.01.2024-cü il tarixdən 29.02.2024-cü il tarixlərində qüvvədədir.
Faktiki illik faiz dərəcəsi (FİFD): minimum 14,9 faiz - maksimum 29.59 faiz. Komissiya: 0-3 faiz. Kredit müddəti: minimum 24 ay - maksimum 48 ay. Ətraflı məlumat əldə etmək üçün linkə keçid edin: https://bit.ly/accessbank-cashloan
Təklif edilən krediti bankın filiallarında rəsmiləşdirmək mümkündür. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar. Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.
“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
“AccessBank” QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Ən son xəbərləri səhifəmizdən də izləyin