logo
Azərbaycanda ödəniş kartları ilə xərclənən pullar 90 milyarda çatıb

Azərbaycanda ödəniş kartları ilə xərclənən pullar 90 milyarda çatıb

Azərbaycanda ödəniş kartları ilə xərclənən pullar 90 milyarda çatıb Azərbaycanda ödəniş kartları ilə xərclənən pullar 90 milyarda çatıb

2023-cü ilin sonuna Azərbayucanda dövriyyədə olan ödəniş kartlarının sayı 16.9 milyon ədəd təşkil edib, bu da 2022-ci ilin göstəricisindən 24% çoxdur. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 1 yanvar 2024-cü il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 16.9 milyon ədəd təşkil etmiş və bu kartların 77%-i təmassız ödənişləri dəstəkləmişdir. 2022- ci il ilə müqayisədə ödəniş kartlarının sayı 24%, o cümlədən təmassız kartların sayı 32% artmışdır. 2023-cü ilin sonuna emissiya edilən ödəniş kartlarının 87%-ni (14.7 milyon ədəd) debet kartlar, 13%-ni (2.2 milyon ədəd) isə kredit kartları təşkil etmişdir.

“2023-cü il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2022-ci il ilə müqayisədə 56% artaraq 88.1 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 49 milyard manat olmuşdur”, - AMB-dən qeyd edilib.

Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2022-ci il ilə müqayisədə 12.4% bəndi yüksələrək 55.6%-ə bərabər olmuşdur.

AMB-nin məlumatına görə, 2023-cü ildə elektron ticarət əməliyyatlarının sayı 2.2 dəfə artaraq 563.4 milyon ədəd, həcmi isə 2.1 dəfə artaraq 39.2 milyard manat olmuşdur

Təsərrüfat subyektlərində 2023-cü il ərzində POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2.1 dəfə artaraq 416.6 milyon ədəd, həcmi isə 68.5% artaraq 9.8 milyard manat olmuşdur

2023-cü il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2.2 dəfə artaraq 401.1 milyon ədəd, həcmi isə 82.5% artaraq 8.9 milyard manat olmuşdur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media