https://www.innews.media/uploads/news/2024-03/_innews_aeeac059ac38cbe5b4a2e99e3_o.jpg
“Bank Avrasiya” ASC-nin Audit Komitəsinin sədri dəyişdirilib.
innews.media xəbər verir ki, Babaşov Vurğun Sitam oğlu Audit Komitəsinin sədri seçilib.
Buna qədər vəzifədə Əhmədov Zaur Qalib oğlu idi.
Vurğun Babaşov 27 iyul 1971-ci il tarixdə anadan olmuşdur. 1993-cü ildə N.N.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı Filialının “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” fakultəsini bitirmişdir. 1999-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetin “Hüquqşünaslıq” fakultəsinin bitirmişdir. 1996-cı ildən dövlət sektorunda və daha sonra hüquqşünaz kimi fəaliyyət göstərmişdir.
Ən son xəbərləri səhifəmizdən də izləyin