logo
Təhsilin İnkişafı Fondu və "VISA" arasında əməkdaşlıq razılaşması imzalanıb

Təhsilin İnkişafı Fondu və "VISA" arasında əməkdaşlıq razılaşması imzalanıb

Təhsilin İnkişafı Fondu və "VISA" arasında əməkdaşlıq razılaşması imzalanıb Təhsilin İnkişafı Fondu və "VISA" arasında əməkdaşlıq razılaşması imzalanıb

Təhsilin İnkişafı Fondu ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında əməkdaşlıq razılaşması imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “VISA”nın 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş imzalayıblar.

Əməkdaşlığın məqsədi ölkə üzrə ali təhsil müəssisələrində təhsilverən və təhsilalanlar tərəfindən edilən nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı layihələrin həyata keçirilməsidir.

İmzalama mərasimi Bakıda keçirilən "Visa Cashless Forum 2024 - Rəqəmsal Azərbaycan" tədbiri çərçivəsində baş tutub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media