logo
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini saldı

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini saldı

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini saldı Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini saldı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 8,75 %-dən 8,5 %-ə endirilib.

"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib", - deyə AMB bəyan edib.

Bu qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar mayın 1-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media