logo
Naxçıvanda nağdsız əməliyyatlarda dəfələrlə artıb baş verib

Naxçıvanda nağdsız əməliyyatlarda dəfələrlə artıb baş verib

Naxçıvanda nağdsız əməliyyatlarda dəfələrlə artıb baş verib Naxçıvanda nağdsız əməliyyatlarda dəfələrlə artıb baş verib

Nağdsız hesablaşmaların stimullaşdırılması, müvafiq infrastrukturun təkmilləşdirilməsi, əməliyyatların və hesablaşmaların şəffaflığının təmin olunması Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcminə müsbət təsir göstərməkdə davam edir.

2024-cü ilin yanvar-mart aylarında muxtar respublikada nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb. Cari ilin 3 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin 23,1 milyon manatı POS-terminalların, 193 milyon manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb.

2023-cü ildə muxtar respublikada nağdsız əməliyyatların həcmi 2022-ci illə müqayisədə 3 dəfə artaraq 617,6 milyon manat olub.

01.04.2024-cü il tarixə muxtar respublikada 5229 POS-terminal aparatı quraşdırılıb ki, bu da 01.01.2023-cü illə müqayisədə 1,4 dəfə çoxdur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media