logo
Azərbaycanda NFC əməliyyatlarının əhatə dairəsi genişləndiriləcək

Azərbaycanda NFC əməliyyatlarının əhatə dairəsi genişləndiriləcək

Azərbaycanda NFC əməliyyatlarının əhatə dairəsi genişləndiriləcək Azərbaycanda NFC əməliyyatlarının əhatə dairəsi genişləndiriləcək

Bu il “Mastercard” beynəlxalq kart təşkilatı bir toxunuşla sürətli və təhlükəsiz ödəniş həlli olan "Masterpass"ı Azərbaycanda iki böyük bankının mobil tətbiqinə inteqrasiya etməyi planlaşdırır.

innews.media xəbər verir ki, bunu "Mastercard"ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov bildirib.

"Azərbaycanda "Masterpass" inkişaf etdirilir. Ötən il bir böyük bankla əməkdaşlığa başlayaraq onun mobil tətbiqinə "Masterpass"ı daxil etdik. Bu il də iki böyük bankla bunu həyata keçirərək Azərbaycanda "Masterpass"ın əhatə dairəsini genişləndirəcəyik", - deyə o qeyd edib.

E.Zeynalov həmçinin Azərbaycanda NFC əməliyyatlarının da əhatə dairəsinin artırılacağını deyib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media