https://www.innews.media/uploads/news/2024-06/_innews_067aa5c3e10ba7c4e02b78d3f_o.jpg
İnformasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq məqsədi ilə AİKTSA tərəfindən jurnalistlər üçün təşkil edilən seminarlar davam edir. Bu seminarlarda iştirak edən jurnalistlər, müasir texnologiyalar haqqında geniş məlumatlar əldə edirlər.
Növbəti seminarda Azercosmos tərəfindən Azərbaycanın kosmik sahəsi, peykləri və onların biznes fəaliyyəti, bu sahə üzrə qurulmuş beynəlxalq əlaqələr haqqında təqdimat nümayiş olunub. Təqdimatda, həmçinin Azercosmosun kosmik sahədə həyata keçirdiyi layihələr və kosmik texnologiyalar haqqında ətraflı məlumat verilib.
Bu təlimlər, jurnalistlərin informasiya texnologiyaları və kosmik sahədə biliklərini artırmaqla yanaşı, onların peşəkar fəaliyyətlərində də faydalı olacaqdır. Təlimlərin davam etdiyi bildirilir və jurnalistlərin bu sahədə daha çox məlumat əldə etmələri üçün mütəmadi olaraq seminarların təşkil olunması nəzərdə tutulur.
Ən son xəbərləri səhifəmizdən də izləyin