https://www.innews.media/uploads/news/2024-06/_innews_54b4c9bba9760d397c6887f26_o.jpg
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkənin aparıcı banklarından biri olan “AccessBank” media tərəfdaşlarının övladları üçün unikal tədbir təşkil edib.
Tədbirdə bankın müxtəlif departamentlərinə ekskursiya keçirilib, gənc iştirakçılar maliyyə institutunun işi ilə daxildən tanış ola biliblər. Onlar, həmçinin maliyyə savadlılığının artırılması üzrə təlimdə iştirak ediblər.
Ekskursiya zamanı uşaqlar bankın əsas iş prinsipləri və müştəri xidmətləri ilə tanış olublar. Onlar üçün ən unikal hadisə bunkerə daxil olmaq, bankın binası və əməkdaşların təhlükəsizliyinin təmin edilməsi prosesləri ilə tanış olmaq, eləcə də plastik kartların istehsalı prosesini müşahidə etmək olub. Bundan əlavə, onlar müştəri məmnunluğunun təmin edilməsində mühüm element olan çağrı mərkəzinin işi ilə də tanış olublar. Onlar özlərini bank işçisi rolunda sınamaq imkanı əldə etdilər ki, bu da təkcə maraqlı deyil, həm də maarifləndirici hadisə idi.
“AccessBank”, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) dəstəyi ilə uşaqlar üçün maliyyə savadlılığının artırılması mövzusunda təlim təşkil edib. İştirakçılar maliyyə savadlılığının əsaslarını öyrənib, əsginaslar, xərclərin düzgün bölüşdürülməsi zərurəti, ailə büdcəsinin formalaşmasında uşaqların iştirakı haqqında məlumat əldə ediblər.
“AccessBank”ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə icraçı direktor İlkin Quliyev uşaqları bayram münasibətilə təbrik edərək onlara sertifikatlar təqdim edib və bu da hadisələrlə dolu maraqlı günün xoş yekunu olub.
“AccessBank” uşaqların dünya görüşünün genişləndirilməsi və erkən yaşlarından maliyyə savadlılığının formalaşmasına töhfə vermək məqsədilə korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində analoji təşəbbüslərin həyata keçirilməsi və dəstəklənməsini davam etdirəcək.
“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 20-i bölgələrdə olmaqla, 34 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin “www.accessbank.az” saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.
“AccessBank” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2002-ci il 25 oktyabr tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Ən son xəbərləri səhifəmizdən də izləyin