https://www.innews.media/uploads/news/2024-12/_innews_d1129be0966f4eeade1809619_o.jpg
Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 63 milyard 745,184 milyon manat təşkil edib.
innews.media BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 5,9 dəfə artaraq 68 148 olub.
BFB-nin dövriyyəsinin 87,6 %-i, yaxud 55 milyard 827,816 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 4,3 dəfə çoxdur.
Ən son xəbərləri səhifəmizdən də izləyin