logo
Ayxan Abbasov Emre Belözoğlu ilə görüşüb

Ayxan Abbasov Emre Belözoğlu ilə görüşüb

Ayxan Abbasov Emre Belözoğlu ilə görüşüb Ayxan Abbasov Emre Belözoğlu ilə görüşüb

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov, yerli "Antalyaspor" klubunun düşərgəsində olub.

Abbasov Türkiyə Superliqasında çıxış edən "Antalyaspor"un baş məşqçisi Emre Belözoğlu ilə görüşərək hər iki ölkə futbolu və komandaların hazırkı durumu barədə fikir mübadiləsi aparıb. Görüş zamanı futbolun inkişafı, oyun strategiyaları və gələcək perspektivlər müzakirə edilib.

Səmimi görüşün sonunda Ayxan Abbasov türkiyəli həmkarına milli komandamızın 5 nömrəli formasını hədiyyə edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media