logo
Azərbaycan millisinin Dünya Çempionatına gedən yolda yeni rəqibi bəlli oldu!

Azərbaycan millisinin Dünya Çempionatına gedən yolda yeni rəqibi bəlli oldu!

Azərbaycan millisinin Dünya Çempionatına gedən yolda yeni rəqibi bəlli oldu! Azərbaycan millisinin Dünya Çempionatına gedən yolda yeni rəqibi bəlli oldu!

Azərbaycan milli komandasının DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsindəki daha bir rəqibi müəyyənləşib.

Azərbaycan, Ukrayna və İslandiya komandalarının yer aldığı D qrupunun son iştirakçısı Fransa seçməsi olub. Fransa yığması UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Xorvatiyanı üstələməklə buna nail olub. Komandalar arasında baş tutan hər iki matçı meydan sahibi olan tərəf 2:0 hesabı ilə üstün tamamlayıb. Parisdəki cavab qarşılaşmasının penaltilər seriyasında 5:4 hesablı qələbə qazanan Fransa yığması cütün qalibi olub.

Millimizin yer aldığı qrupun təqvimi ilə sizi tanış edirik:

5 sentyabr 2025

22:45. İslandiya – Azərbaycan

22:45. Ukrayna – Fransa

9 sentyabr

20:00. Azərbaycan – Ukrayna

22:45. Fransa – İslandiya

10 oktyabr

22:45. Fransa – Azərbaycan

22:45. İslandiya – Ukrayna

13 oktyabr

22:45. İslandiya – Fransa

22:45. Ukrayna – Azərbaycan

13 noyabr

21:00. Azərbaycan – İslandiya

23:45. Fransa – Ukrayna

16 noyabr

21:00. Azərbaycan – Fransa

21:00. Ukrayna - İslandiya

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media