https://www.innews.media/uploads/news/2025-06/_innews_6b2df8a42b9bfe48c12f9e78e_o.jpg
Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız Bakıda keçirilən dünya çempionatında yarımfinal matçına çıxıb. Elşad Quliyevin yetirmələri Monteneqro ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutan görüş millimizin qələbəsi ilə yekunlaşıb. 2:1 hesabı ilə qalib gələn komandamızın heyətində Ağaseyid Qasımov və Ramiz Çovdarov fərqləniblər. Qələbə sayəsində Azərbaycan yığması dünya çempionatının ilk finalçısı olub.
Dünya çempionatı
Yarımfinal
30 may
20:00. Azərbaycan – Monteneqro – 2:1
Qollar: Ağaseyid Qasımov, 23. Ramiz Çovdarov, 44 – Nikola Radoniç, 30
Ən son xəbərləri səhifəmizdən də izləyin