logo
Millimizin son sınağı

Millimizin son sınağı

Millimizin son sınağı Millimizin son sınağı

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçına çıxacaq.

Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Avstriya millisi ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan (3:0) və Farer adaları (3:1) yığmalarını üstələyib. Gümüş Avropa Liqasının 3-cü turu Farer adalarında təşkil olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media