logo
Klublararası dünya çempionatında PSJ liderliyi ələ aldı, “Atletiko” mübarizəni dayandırdı

Klublararası dünya çempionatında PSJ liderliyi ələ aldı, “Atletiko” mübarizəni dayandırdı

Klublararası dünya çempionatında PSJ liderliyi ələ aldı, “Atletiko” mübarizəni dayandırdı Klublararası dünya çempionatında PSJ liderliyi ələ aldı, “Atletiko” mübarizəni dayandırdı

ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir.

innews.media xəbər verir ki, B qrupunun üçüncü turunda maraqlı qarşılaşmalar baş tutub.

Fransanın PSJ klubu ABŞ təmsilçisi “Sietl Saunders” üzərində 2:0 hesablı qələbə qazanaraq xallarını altıya yüksəldib və qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb.

Eyni qrupda baş tutan digər oyunda İspaniyanın “Atletiko Madrid” komandası Braziliyanın “Botafoqo” klubunu 1:0 hesabı ilə məğlub etsə də, bu nəticə Madrid təmsilçisini növbəti mərhələyə daşımağa kifayət etməyib.

Gərgin qrup mübarizəsinin sonunda:

PSJ – 6 xal (qrup lideri, 1/8 finala vəsiqə)

Botafoqo – 6 xal (ikinci yer, pley-offa yüksəldi)

Atletiko Madrid – 6 xal (üçüncü yer, turniri tərk etdi)

Qeyd edək ki, “Botafoqo” və “Atletiko Madrid” klubları eyni xala malik olsalar da, top fərqi və əlavə göstəricilər braziliyalıların xeyrinə olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media