logo
Emil Balayev “Neftçi” ilə müqaviləsini uzatdı

Emil Balayev “Neftçi” ilə müqaviləsini uzatdı

Emil Balayev “Neftçi” ilə müqaviləsini uzatdı Emil Balayev “Neftçi” ilə müqaviləsini uzatdı

“Neftçi” futbol klubu qapıçısı Emil Balayevlə yeni müqavilə imzalayıb.

Əldə olunan razılaşmaya əsasən, təcrübəli qolkiper 2026-cı ilin yayına qədər “ağ-qara” formanı geyinməyə davam edəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Emil Balayev 2011–2014-cü illərdə də klubun əsas heyətində çıxış edib. O, 2023-cü ilin yayında komandaya yenidən qoşulub.

Milli komandanın da formasını geyinən qapıçı, Azərbaycan yığmasının heyətində 14 oyun keçirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media