logo
Elçin Məsiyev Çempionlar Liqasına təyinat alıb

Elçin Məsiyev Çempionlar Liqasına təyinat alıb

Elçin Məsiyev Çempionlar Liqasına təyinat alıb Elçin Məsiyev Çempionlar Liqasına təyinat alıb

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

E.Məsiyev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) - “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş iyulun 22-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media