logo
Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi

Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi

Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi

Avqustun 12-dən aidiyyəti qurum tərəfindən paytaxtın Uluqbəy küçəsində (Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişməsindən Əhməd Rəcəbli küçəsinədək olan hissədə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Həmçinin Əhməd Rəcəbli küçəsində əvvəlcədən tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılacaq.

"innews media" bu barədə AYNA-ya istinadən xəbər verir.

Bununla əlaqədar Ağa Nemətulla küçəsi (Fətəli xan Xoyski küçəsindən Uluqbəy küçəsinədək olan hissə) ilə hərəkət edən 2, 9, 11 və 24 nömrəli marşrutların hərəkəti dəyişdirilərək Əhməd Rəcəbli küçəsi ilə təşkil ediləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media