https://www.innews.media/uploads/news/2025-10/_innews_66a09c3c44d404351ae9535e9_o.jpg
Artan sərnişin tələbatını nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC 18 oktyabrda Bakı–Ağstafa, 19 oktyabrda isə Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Sərnişinlər həmçinin 29 sentyabrdan fəaliyyət göstərən həftəiçi Bakı–Ağstafa–Bakı reyslərindən və gündəlik Bakı–Qazax–Bakı marşrutundan da istifadə edə bilərlər.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.
Ən son xəbərləri səhifəmizdən də izləyin