logo
Brilliant Dadaşova və Aiseldən təsirli duet! - VİDEO

Brilliant Dadaşova və Aiseldən təsirli duet! - VİDEO

Brilliant Dadaşova və Aiseldən təsirli duet! - VİDEO Brilliant Dadaşova və Aiseldən təsirli duet! - VİDEO

Xalq artisti Brilliant Dadaşova bu dəfə Avroviziya ulduzu Aisel ilə eyni layihədə yer alıb.

"innews media" xəbər verir ki, sənətçilər “Ayrı düşdük” adlı mahnını duet şəklində təqdim ediblər.

Musiqisi Aiselə, sözləri isə Nəriman Abbaszadəyə aid olan bəstə üçün klip də çəkilib. Ekran işi Royal Djafarovun rejissorluğu ilə ərsəyə gəlib.

Mahnının aranjimanı keçmiş “Karvan” qrupunun musiqi rəhbəri, bəstəkar Firuz İsmayılova, mix-masterinqi Oleq Naumova həvalə olunub. Klip üçün Brilliant Dadaşovanı Elnur Həsənov, Aiseli isə Kamran Həsənli hazırlayıb.

“Ayrı düşdük” yarımçıq qalan sevginin ağrısını və ayrılıqdan sonra qalan sükutu ifadə edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media