logo
Hayal Kahvesində Madrigal konserti keçiriləcək

Hayal Kahvesində Madrigal konserti keçiriləcək

Hayal Kahvesində Madrigal konserti keçiriləcək Hayal Kahvesində Madrigal konserti keçiriləcək

Türkiyənin sevilən alternativ rok qrupu Madrigal Bakıda konsert proqramı ilə çıxış etməyə hazırlaşır. Qrup 17 aprel tarixində saat 20:00-da musiqisevərlərlə görüşəcək.

Konsert Hayal Kahvesi səhnəsində baş tutacaq. Enerjili səhnə performansı və emosional mahnıları ilə tanınan Madrigal sevənlərinə unudulmaz musiqi axşamı vəd edir. Son illərdə geniş dinləyici auditoriyası qazanan kollektiv xüsusilə gənclər arasında böyük populyarlıq əldə edib.

Tədbirdə qrupun ən məşhur hitləri canlı ifada səslənəcək və tamaşaçılar alternativ rok atmosferini yaxından hiss etmək imkanı qazanacaqlar. Konsert biletləri artıq satışdadır və tədbirə böyük maraq göstərildiyi bildirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media