https://www.innews.media/uploads/news/2026-04/_innews_024bc5a03397ce05273e63ae3_o.jpg
20 aprel 2026-cı il tarixdə millət vəkili Pərvanə Vəliyeva Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının inzibati binasında Xətai rayonunun sakinləri üçün vətəndaş qəbulu keçirib.
Qəbul zamanı müxtəlif çətinliyi olan şəxslər səhiyyə, iqtisadiyyat, sahibkarlıq, məşğulluq, qeyri-hökumət təşkilatı, bank, tikinti və mənzil məsələləri ilə bağlı müraciətlər ediblər. Vətəndaşların hər biri dinlənilərək müraciətləri qeydiyyata alınmış və qaldırılan məsələlərlə bağlı vətəndaşlara hüquqi məsləhətlər verilmişdir. Həmin məsələlərin araşdırılıb qanunvericiliyə uyğun şəkildə baxılması məqsədilə deputat, müvafiq işlərin aparılacağını bildirib.
Millət vəkili Pərvanə Vəliyevanın növbəti vətəndaş qəbulu 7 may 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının binasında baş tutacaq. Qəbula yazılmaq üçün vətəndaşlar +994558113330 nömrəsi ilə əlaqə saxlaya bilərlər.