https://www.innews.media/uploads/news/2026-04/_innews_aa2e03531b5bcb3fce607eba8_o.jpg
“Award Organizers Group” tərəfindən təşkil olunan, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) rəsmi dəstəyi ilə keçirilən 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsinə rəsmi olaraq start verilib. Bu barədə müsabiqənin Təşkilat Komitəsinin sədri Günel Quliyeva məlumat verib.
Sözügedən müsabiqə Azərbaycan, eyni zamanda, Xəzər, Qara dəniz və Baltik regionlarının ölkələrini təmsil edən ticarət markalarını vahid platformada bir araya gətirərək onların həm yerli, həm də beynəlxalq səviyyədə tanıdılmasına, brend nüfuzunun gücləndirilməsinə və yeni biznes imkanlarının formalaşmasına xidmət edir.
Müsabiqə çərçivəsində “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi ölkələrdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən, bazarda möhkəm mövqe qazanmış, eləcə də media və sosial şəbəkələrdə tanınan 50 ticarət markası müəyyən edilərək mükafatlandırılır.
Səsvermə mərhələsi 3 iyun - 24 iyun 2026-cı il tarixlərini əhatə edəcək, müsabiqənin nəticələri isə 1 iyul 2026-cı il tarixində keçiriləcək rəsmi təqdimat mərasimində elan olunacaq. Müsabiqənin baş informasiya tərəfdaşlığı “Caspian Energy International Media Group” tərəfindən həyata keçirilir.
Müsabiqədə iştirak şərtlərinə əsasən, “Caspian Energy Club” üzvü olan şirkətlər üçün 20 may 2026-cı il tarixinədək iştirak ödənişsizdir. Üzvlük statusuna uyğun olaraq şirkətlərə müəyyən sayda brendi ödənişsiz namizəd kimi təqdim etmək imkanı verilir: “Diamond” üzvlər üçün 48, “Platinum” üzvlər üçün 24, “Gold” üzvlər üçün 12, “CEO Plus” üzvlər üçün 6, “Bear Club” üzvlər üçün isə 3 brend.
“Caspian Energy Club” üzvü olmayan şirkətlər üçün isə xüsusi təşviq mexanizmi nəzərdə tutulub. Belə ki, 29 oktyabr 2025 - 1 mart 2026-cı il tarixləri arasında “YAŞAT” Fonduna minimum 200 manat məbləğində ianə edən və bunu təsdiq edən hüquqi şəxslər öz ticarət markalarını 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsində ödənişsiz təqdim edə bilərlər. Əks halda, müsabiqədə üç ticarət markasının iştirak haqqı 1000 manat + ƏDV təşkil edir.
Təşkilat Komitəsi bütün sahələr üzrə fəaliyyət göstərən şirkətləri, yerli və beynəlxalq brend sahiblərini müsabiqədə iştirak etməyə dəvət edir.
“Caspian Energy Holding” haqqında qısa məlumat
İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.