logo
Rəşad Həsənov “Alwaleed Philanthropies” nümayəndələri ilə görüşüb

Rəşad Həsənov “Alwaleed Philanthropies” nümayəndələri ilə görüşüb

Rəşad Həsənov “Alwaleed Philanthropies” nümayəndələri ilə görüşüb Rəşad Həsənov “Alwaleed Philanthropies” nümayəndələri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Alwaleed Philanthropies” təşkilatının Baş katibi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) ərəb dövlətləri üzrə xoşməramlı səfiri Şahzadə Lamia bint Məcid Al Səud ilə görüşüb.

Görüşdə rəqəmsal inkişaf və süni intellekt sahələrində mövcud vəziyyət və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda aşağı gəlirli ailələr və kənd yerlərində rəqəmsal savadlılığın artırılması, kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsal hazırlığının təşviqi, eləcə də innovasiya laboratoriyaları sahəsində birgə fəaliyyətin perspektivləri müzakirə edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media